Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi suyun təhlükəsizliyini təmin etmək üçün geniş nəzarət həyata keçirir.
Bu barədə "Sağlam radio"nun verilişində Mərkəzin həkim-laborantı Lalə Şirinova məlumat verib.
O bildirib ki, laborator monitorinq mərkəzləşdirilmiş su təchizatı sistemlərindən, su anbarlarından və modul tipli təmizləyici qurğulardan nümunələr götürməklə aparılır.
Mərkəzin laboratoriyaları Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçib.
Nəticələr AZS ISO/IEC 17025 standartına uyğun olaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı sayılır.
Məqsəd suyun keyfiyyət göstəricilərinin standartlara tam uyğunluğunu təmin etməkdir.
Problem aşkarlandıqda aidiyyəti qurumlara məlumat verilir və tədbirlər görülür.












