Bond.az White LogoBond.az Black Logo

İlyas Əfəndiyevin 112 illiyi

Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür. Həyatı, yaradıcılığı, ordenləri və əsərləri haqqında məlumat.

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür.

Oxu.Az xəbər verir ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Qaryagində (indiki Füzuli rayonu) tanınmış tacir ailəsində anadan olub.

Əfəndiyevlər ailəsi sovet dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalıb. Ata-baba mülkü əlindən alınıb, ailənin bəzi üzvləri güllələnib, bəziləri sürgün olunub.

Yazıçı ilk hekayələrini Qaryagində coğrafiya müəllimi işləyərkən yazıb. O, 9 hekayəni dalbadal qələmə alıb.

1938-1939-cu illərdə "Yeni yol" qəzetində oçerk, resenziya və məqalələri dərc olunub. Daha sonra "Kommunist" və "Ədəbiyyat qəzeti"ndə çalışıb.

1940-cı ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. 1949-cu ildə "Şərəf Nişanı" ordeni ilə təltif olunub.

1954-cü ildə "Atayevlər ailəsi" pyesi tamaşaya qoyulub və bu onun yaradıcılığında uğurlu addım olub.

1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1974-cü ildə isə "Oktyabr İnqilabı" ordeni ilə təltif edilib. 60 illik yubileyi münasibətilə dördcildlik seçilmiş əsərləri nəşr olunub.

Onun "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani" pyesləri, "Ceyran ovu", "Yasəmən ağacı" hekayələri, "Kənddən məktublar", "Aydınlıq gecələr" povestləri, "Xan çinar", "Sarıköynəklə Valehin nağılı" romanları oxucular tərəfindən sevilir.

1979-cu ildə "Xalq yazıçısı" fəxri adına layiq görülüb. 1984-1985-ci illərdə 6 cildlik seçilmiş əsərləri 40 min tirajla çap olunub.

80 illik yubileyi 1994-cü ildə təntənə ilə qeyd edilib və Prezident tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.

Xalq yazıçısı 3 oktyabr 1996-cı ildə 82 yaşında dünyasını dəyişib.

Digər Xəbərlər
Bu gün / 07:34
|
459

İyun ayı üçün vətəndaş qəbulu cədvəli açıqlandı

2026-cı il iyun ayında vətəndaş qəbulu cədvəli açıqlanıb. Nazirlər və qurum rəhbərlərinin qəbul günləri və yerləri.

0
Bu gün / 07:02
|
322

Zərdabda yağış fəsadları aradan qaldırılır

Zərdabda intensiv yağışların fəsadları FHN tərəfindən aradan qaldırılır. Suçəkmə işləri davam edir.

0
Bu gün / 06:33
|
266

DİM xarici dil imtahanı modelini dəyişir

DİM xarici dil imtahanı modelini yeniləyir. 2027-dən 100 sözlük paraqraf tələbi. Təkmilləşdirilmiş model haqqında ətraflı.

0
Bu gün / 06:32
|
902

Kimya elmləri doktoru vəfat etdi

Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Hacı oğlu Əyyubov vəfat edib.

0
Bu gün / 05:33
|
559

Kürdəmirdə azyaşlı pəncərədən yıxılıb öldü

Kürdəmirdə 2023-cü il təvəllüdlü Yusif Vahidov 5-ci mərtəbədən yıxılaraq həyatını itirib. Araşdırma aparılır.

0
Bu gün / 04:30
|
583

Bakıda tıxac: 10 küçədə sıxlıq var

Bakının 10 küçəsində nəqliyyat sıxlığı: tam siyahı. Alternativ yollar barədə məlumat.

0
Bu gün / 03:02
|
786

Ağdama qayıdan Amaliya Quliyeva: Doğma torpağa dönüş

Amaliya Quliyevanın Ağdama qayıdışı: doğma torpağa dönüş, şəhidlərə minnətdarlıq və qürur dolu anlar.

0
Bu gün / 03:00
|
715

Köçkün: Şəhid ruhu inciməsin

Ağdama qayıdan keçmiş məcburi köçkün Nuridə Məmmədova: Şəhidlərimizin ruhu inciməsin.

0
Bu gün / 02:31
|
917

Ağdam şəhərinə növbəti köç karvanı yola salınır

Ağdam şəhərinə növbəti köç karvanı yola salınır. 110 ailə - 417 nəfər doğma yurduna qayıdır. Prezident İlham Əliyevin tapşırığı ilə Böyük Qayıdış davam edir.

0
Bu gün / 02:30
|
628

71 yaşında Ağdama qayıdan keçmiş məcburi köçkün

Ağdama qayıdan keçmiş məcburi köçkün Məhəmməd Mamedov: 32 yaşda çıxdım, 71 yaşda qayıdıram. Prezident və Ordumuza təşəkkür.

0
Dünən / 23:01
|
384

Su altında qalan avtomobillər bazara çıxarıldı

Güclü yağışlar nəticəsində su altında qalan avtomobillər ikinci əl bazarına çıxarılıb. Mütəxəssislər alıcıları diqqətli olmağa çağırır.

0
Dünən / 21:01
|
838

Xətai rayonunda torpaq çökür: Evlər təhlükədə

Xətai rayonunda evlərin altında torpaq çökür, həyətlərdə dərin çuxurlar yaranır. Sakinlər kollektorun sonradan çəkildiyini iddia edir.

0
...
İlyas Əfəndiyevin 112 illiyi | Bond.az