Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşləri ailələrinə təhvil veriləcək.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, Ermənistanın 30 illik işğal dövründə əraziləri mina və partlamamış sursatlarla çirkləndirməsi, infrastrukturu dağıtması və dəfn yerləri barədə məlumat verməməsi itkin düşənlərin taleyinin müəyyənləşdirilməsinə mane olur.
General bildirib ki, erməni yüksəkrütbəli hərbçilərin itkin azərbaycanlıların dəfn yerləri barədə məlumatları olduğu halda, onlar hələ də Azərbaycana təqdim edilmir.
O, bunu beynəlxalq humanitar hüquq normalarına təhdid kimi qiymətləndirib.












