İyulun 6-da hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeronda dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-23°, gündüz 29-34° olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-65% təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə arabir yağış, şimşək, dolu ehtimalı var. Dağlıq ərazilərdə səhər duman olacaq. Temperatur gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə 11-16°, gündüz 18-23° olacaq.












