Ağdaşda bayram günü kabab bişirmək istəyi ana və oğlunun xəstəxanalıq olmasına səbəb olub.
Hadisə rayon mərkəzində, Nizami küçəsində yerləşən evlərdən birində baş verib. Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar. Nəticədə benzin partlayıb.
Partlayış nəticəsində 1956-cı il təvəllüdlü Ədalət Yunis qızı Əliyeva və 1978-ci il təvəllüdlü oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.












