Xalq yazıçısı Kamal Abdulla qadınların evdə qalması ilə bağlı açıqlama verib.
"Qafqazinfo"ya müsahibəsində o, bildirib ki, qadın əsasən evdə oturub uşaqlarına və ailəsinə baxmalıdır.
"İstisna halda, xüsusi istedadı olan qadınlar başqa sahələrdə də fəaliyyət göstərə bilər. Lakin ümumi istiqamət qadını evdə saxlayıb mətbəx və uşaq tərbiyəsinə yönəltmək olmalıdır. Bu, cəmiyyətə daha çox fayda verər", - deyə o qeyd edib.












