Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev 66 yaşında vəfat edib.
Onun yaxınları məlumatı təsdiqləyib. Hərbçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsində "Qaragöl" batalyonuna komandirlik edib. Batalyon Ağdam, Füzuli və Zəngilanın müdafiəsində fərqlənib. Özü Ağdam istiqamətində ağır yaralanıb.
Sonrakı illərdə Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb.












