Bond.az White LogoBond.az Black Logo

Keçmiş həyatlar: seçimlərin bədəli

Past Lives (Keçmiş həyatlar) filmi seçimlərin bədəlini araşdırır. Oskar namizədi bu film sizi sual atəşinə tutacaq: 'Əgər başqa cür olsaydı?'

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

“Bəzi qərarların bədəlini həyatınız boyu ödəyirsiniz.” Bu cümlə ekranda səslənəndə düşünürsən: artıq bu film deyil, həyatın özüdür.

Hər kəsin ömründə ən azı bir dəfə özünə verdiyi sual: “Əgər başqa cür olsaydı?” Cavabını bilməsək də, bəzən bir filmdə öz suallarımızın izlərini tapırıq. “Past Lives” (“Keçmiş həyatlar”) belə bir filmdir. Rejissor və ssenarist Celin Sonun debütü olan bu əsər “Oskar” və “BAFTA”da “Ən yaxşı film” və “Ən yaxşı orijinal ssenari” nominasiyalarına layiq görülüb.

Hekayə Seulda başlayır. Na Yiunq və Hae Sonq – uşaqlıqdan dost olan iki ruh. Sonra qız ailəsi ilə Kanadaya, oradan Nyu-Yorka köçür, adını Nora qoyur. Oğlan Koreyada qalır. 24 il sonra Nyu-Yorkda görüşəndə hər şey dəyişir.

Film uzaq məsafədən virtual əlaqənin həyəcanını, internet kəsilmələrini, yarımçıq cümlələri ustalıqla göstərir. Eyni kökdən gələn iki meyvənin fərqli budaqlarda böyüməsi onlara nə qazandırdı, nə itirdi? Cavab 24 il sonrakı görüşdə üzə çıxır.

Qreta Li (Nora) və Teo Yu (Hae Sonq) rollarını yaşayır, oynamır. Onlar bir ömrün iki versiyasını canlandırır. Con Maqaronun canlandırdığı Artur – Noranın həyat yoldaşı – hekayəyə daxil olanda “görünməyən” qəhrəman mərkəzə keçir və sualını verir: “Əgər başqa cür olsaydı?”

Film keçmişin, itkilərin və ehtimalların hekayəsidir. O, yalnız iz qoymur, ruhda dərin bir boşluq yaradır. Bu yazını oxuyan hər kəsin həyatında “gedən” biri var. Yoxdursa, deməli, o gedən sizsiniz.

Digər Xəbərlər
Bu gün / 14:00
|
379

Telefonu avtomobilə vurub pul tələb edən şəxs saxlanıldı - VİDEO

Bakıda əlindəki telefonu qəsdən avtomobilə vurub sürücüdən pul tələb edən şəxs saxlanıldı. Polis onun şəxsiyyətini müəyyən edib.

0
Bu gün / 13:31
|
869

Ev heyvanları uşaqlar üçün təhlükəsizdirmi?

Pediatr ev heyvanı olan ailələrə tövsiyələr: gigiyena, peyvəndlər, parazit müalicəsi, hamiləlikdə ehtiyat tədbirləri.

0
Bu gün / 13:30
|
355

Banklarda vəsait silinməsi: ABB rəsmi açıqlama verdi

ABB və digər banklarda vəsait silinməsi və mənfi balans problemləri ilə bağlı rəsmi açıqlama. Texniki nasazlıq barədə ətraflı məlumat.

0
Bu gün / 12:31
|
641

Emin Əmrullayev təhsil haqları ilə bağlı açıqlama verdi

Emin Əmrullayev ali təhsil xərcləri ilə bağlı yeni açıqlama verdi. Təhsil haqları, dövlət maliyyələşməsi və keyfiyyət məsələləri müzakirə olunur.

0
Bu gün / 11:32
|
401

Azərbaycanda yeni akademiya yaradılır

Azərbaycan Qiymətləndiricilər Palatası nəzdində yeni akademiya yaradılır. Qiymətləndirmə üzrə mütəxəssislər hazırlanacaq.

0
Bu gün / 09:31
|
359

Nəimi Amiral ABŞ-nin Pakistan hərbi attaşesi oldu

Azərbaycan əsilli Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi təyin olundu. O, daha əvvəl 5-ci donanmada xarici əlaqələr rəisi işləyib.

0
Bu gün / 09:01
|
763

Direktor qəbulu üçün elektron qeydiyyat başladı

29 iyun 2026-dan dövlət məktəblərinə direktor qəbulu üçün elektron qeydiyyat başlayır. Müsabiqə seçim və müsahibə mərhələlərini əhatə edir.

0
Bu gün / 08:32
|
392

Saxta alqı-satqının qarşısını kim almalıdır?

Ali Məhkəmə saxta alqı-satqı əməliyyatlarının qarşısının alınmasında reyestr və notariatın rolunu izah edir.

0
Bu gün / 08:03
|
659

Azərbaycanda pambıq əkinləri 7 dəfə artdı

Azərbaycanda pambıq əkinləri 7 dəfədən çox artıb. 2015-ci illə müqayisədə pambıq istehsalı kəskin artıb, məhsuldarlıq yüksəlib.

0
Bu gün / 08:01
|
671

Qarabağ Universitetində yeni təyinat

Qarabağ Universitetində Təbiət elmləri fakültəsinə yeni proqram rəhbəri təyin edilib. Dilqəm Əhmədli vəzifəyə başlayıb.

0
Bu gün / 06:31
|
583

Bakı-Tbilisi qatarına bilet tapılmır: ADY cavab verir

Bakı-Tbilisi qatarına bilet tapmaq niyə çətindir? ADY rəsmisi açıqlama verib. Bilet satışı, kvota və məhdudiyyətlər haqda məlumat əldə edin.

0
Bu gün / 06:02
|
492

Avropanı velosipedlə gəzən azərbaycanlı

Velosiped sürməyi bilməyən azərbaycanlı Hikmət Xəlil Avropanı velosipedlə gəzir. 12 ölkə, 12 min km yol, maraqlı hekayəsi.

0
...