Uzun illərin həsrətindən sonra Dilarə Hüseynova və ailəsi doğma Kəlbəcərə qayıdıb. Onlar şəhərin birinci yaşayış məhəlləsində məskunlaşıb.
Dilarə xanım yenidən Kəlbəcərdə yaşamağın sevincini bölüşüb. Keçmiş günləri xatırlayıb: "Buradan bir "Moskviç"lə 16 nəfər çıxmışdıq. Şükür bugünkü günümüzə."
"Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Doğmalarım yanımdadır, hər şəraitimiz var. Başqa arzum yoxdur, ölsəm də, bu torpağa qismət olacağam", - deyə o, əlavə edib.












