Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional İdarəsinə yeni rəis təyin edilib.
Oxu.Az-ın məlumatına görə, nazir Kəmaləddin Heydərovun əmri ilə polkovnik-leytenant Hikmət Əliyev bu vəzifəyə gətirilib.
Hikmət Əliyev bundan əvvəl Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə rəhbərlik edib.
FHN-dən bildirilib ki, müvafiq əmr bir müddət əvvəl imzalanıb.












