Qanuna görə, işçi ilk iş ilində məzuniyyət hüququnu 6 ay işlədikdən sonra qazanır. Lakin bəzi kateqoriyalar istisnadır.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə məlumat yayıb. Bəzi işçilər 6 ay gözləmədən məzuniyyətə çıxa bilər:
- Əlilliyi olan şəxslər
- 18 yaşına çatmamış işçilər
- Hamiləlik və doğuş səbəbindən sosial məzuniyyətdən əvvəl və ya sonra qadınlar
- Hərbi xidmətdən buraxıldıqdan 3 ay ərzində işə götürülənlər
- Hərbi qulluqçunun həyat yoldaşı
- Təhsil müəssisəsində oxuyanlar (imtahan, kurs işi, diplom müdafiəsi zamanı)
- Əsas iş yerində məzuniyyətə çıxan əvəzçi işçilər
Pedaqoji işçilər də işə başlama vaxtından asılı olmayaraq yay tətilində və ya işəgötürənin razılığı ilə tədris ilində məzuniyyət ala bilərlər.












