Mədəniyyət naziri Adil Kərimli kitabxana işçilərinin attestasiyasının keçiriləcəyini açıqlayıb.
Bu barədə nazir Milli Məclisin Mədəniyyət komitəsinin ictimai müzakirəsində bildirib.
Onun sözlərinə görə, attestasiyadan keçənlər peşəkar fəaliyyətlərini davam etdirəcək, uyğun olmayanlar isə qanunvericiliyə uyğun olaraq işdən çıxarılacaq.












