Bond.az White LogoBond.az Black Logo

Kiyev zirzəmisində 200 illik gecə

Kiyevdə 200 illik binanın zirzəmisində bombalanan gecə. Ukrayna cəbhəsindən real xatirələr, vətənpərvərlik paradoksu.

Qədir Seyidov
Müəllif:Qədir Seyidov- Senior Editor
|
0

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat idarəsinin əməkdaşı telefonda qulağıma təkrar edirdi: "Qarşıdakı gecə, ya da bu günlərdə yenə güclü zərbələr olacaq Kiyevə... Etinasız yanaşma həyəcan siqnallarına, yaşadığın yerdə sığınacaq yoxdursa, get metroda gecələ mütləq..."

Tamam başqa məsələyə görə zəng etməyimə baxmayaraq, o, daha çox bu barədə xəbərdarlıq edirdi. Sağollaşıb evə doğru yollandım. Axşam tərəfi idi. Yolboyu əlimdə telefonla sosial medianın yerli seqmentini vərəqləyirdim. Ukrayna Prezidenti Volodimir Zelenskinin də əhaliyə eyni məzmunda çağırışına rastladım. İnsanları həyəcan siqnalları eşidən kimi mütləq sığınacağa getməyə çağıran Zelenski bildirirdi ki, Rusiya növbəti kütləvi zərbələrə hazırlaşır.

Evə çatıb rahatlaşmaq istədim. Amma alınmırdı. Dörd ildən çoxdur ki, bu müharibəni yaşayıram. Ən xoşlamadığım hal əvvəlcədən xəbərdarlıq edilən hücumlar idi. Belə anlarda səksəkə daha çox adamı yorurdu. Gecə keçdi. Amma hava həyəcan siqnalları olmadı. "Yəqin bu gecədən keçdi" deyib yerimə uzanıb yuxulamaq istədim. Yuxuya getmişdim ki, gurultulu həyəcan siqnallarının, ardınca da partlayış səslərinə oyandım. Gecə 2 radələri idi...

Adətən belə vaxtlar heç nəyə baxmayaraq gecəni evdə yatmağı zirzəmidə oturmaqdan üstün tutsam da, partlayışlar, dron vuran pulemyotlar getdikcə o qədər yaxınlıqda eşidilməyə başladı ki, geyinib düşdüm aşağı. Sığınacaq qonşu binanın zirzəmisində idi. Bu binanın 200-ə yaxın yaşı vardı. Yaşlı nəslin sözlərinə görə, bu müharibəyə qədər sonuncu dəfə bu zirzəmidən 1943-cü ildə sovet qoşunları Kiyevə hücum edib şəhəri almanlardan geri alarkən istifadə edilib.

Zirzəmidə qonşular artıq yığışmışdı. Tanyuşa nənə: "Onda mən balaca uşaq idim, amma indiki kimi xatırlayıram..." dedi. Hamı rusca danışırdı. Birdən gecə saat 3-də 30-35 yaşlı bir qadın gəldi. O, ukraynaca: "Rus dilində niyə danışırsınız? Bu, düşmən dilidir, sizə ayıb deyil?" dedi. Qonşular irad bildirdi. Az sonra sakitləşdilər.

Mən qadının yanında oturdum. Ukrayna dilində soruşdum: "Sizi burada ilk dəfədir görürəm, yəqin təzə köçübsünüz." O dedi: "Mən burada doğulmuşam. Sadəcə müharibə başlayandan köçmüşəm Avropaya, iki gün idi bir sənəd arxasınca gəlmişdim." Mən də dedim: "Qonşulara Ukrayna dilində danışmadıqlarına görə elə irad bildirdiniz ki, elə bildim bütün müharibə boyu ölkəni tərk etməyib qalanlardansınız." Sonra yuxarı çıxdım. Səhər açılmışdı, zərbələr səngimişdi.

Yolboyu ötən gecəki paradoksu düşündüm. Avropaya köçən ukraynalılar ölkədə qalanlardan daha çox "vətənpərvərlik" nümayiş etdirirdi. Bir müddət keçdi. Peşəkar boksçu Aleksandr Usik Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşdü. Usik açıqladı: "Ukrayna hakimiyyəti qanı dayandırmaq üçün reallıqla hesablaşmalı, qarşı tərəflə danışıqlara oturmalıdır. Bizim hamımızın bir qanımız var və bunun rəngi qırmızıdır." Ukraynadakı istifadəçilər dəstəklədi, amma Avropadakı ukraynalılar Usiki linç etməyə başladı...

Mən isə qərara aldım ki, bu yazını yazım.

Mübariz Aslanov

Digər Xəbərlər
Bu gün / 02:01
|
823

Alkoqol və çəki artımı: Əsas səbəb nədir?

Alkoqol çəki artırır? Mütəxəssis açıqlayır: əsas səbəb şəkərli içkilər deyil, həddindən artıq yeməkdir. Quru şərab və tünd içkilər daha az kalorilidir.

0
Dünən / 23:01
|
582

Avtomobil bazarında qiymət müharibəsi

Avtomobil bazarında qiymət müharibəsi: maşınlar maya dəyərindən aşağı satılır. Səbəblər, rəsmi dilerlər və ikinci əl bazarda vəziyyət.

0
Dünən / 22:01
|
639

Şəhid anası tarix yazdı: 48 ballıq uğur

Şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva müəllim imtahanında 48 bal toplayaraq tarix yazdı. Onun əzmi və uğuru haqqında oxuyun.

0
Dünən / 20:32
|
325

Milli Sevgililər Günü: İlham və Fərizənin sevgisi

Azərbaycanda Milli Sevgililər Günü 30 iyunda qeyd olunur. İlham və Fərizənin faciəli sevgi hekayəsi bu günün simvoludur.

0
Dünən / 19:32
|
713

Gecə evimə basqın edib maşını tələb etdilər

Bakı sakinləri "Sundeer Cars" MMC-dən şikayətçi: kreditlə alınan avtomobillər gecə basqınla ələ alınıb. DİN araşdırma aparır.

0
Dünən / 19:02
|
267

Bakıda qadın həyətdə ölü tapıldı

Bakıda Xəzər rayonunun Binə qəsəbəsində bir qadının meyiti evinin həyətində tapılıb. Prokurorluq araşdırma aparır.

0
Dünən / 18:31
|
868

Balakəndə tırtıl bəlası: Dərman da təsir etmir

Balakən rayonunda ağ Amerika kəpənəyinin tırtılları ağaclara ziyan vurur, dərman təsir etmir. Sakinlər narahatdır.

0
Dünən / 17:33
|
773

Qanunvericilik bazası yenilənir: Prezidentin köməkçisindən açıqlama

Prezidentin köməkçisi Şahmar Mövsümov rəqəmsal inkişaf üçün qanunvericilik bazasının yeniləndiyini açıqladı. İslahatlar postsovet məkanında ən əhatəli təşəbbüsdür.

0
Dünən / 17:32
|
850

Azərbaycan-Rusiya sərhəd keçidləri sinxronlaşır

Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrinin sinxronlaşdırılması müzakirə edilib. DGK sədri Şahin Bağırov və Rusiya Gömrük Xidmətinin rəhbəri Valeriy Pikalyov görüşüb.

0
Dünən / 17:31
|
223

NZS qəsəbəsində zibil yanğını söndürüldü

Bakının Xətai rayonu NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın söndürüldü. FHN hadisə barədə məlumat verdi.

0
Dünən / 17:02
|
433

Təhsilin rəqəmsallaşdırılması əsas hədəfdir

Təhsil naziri Emin Əmrullayev rəqəmsallaşdırma planlarını açıqladı: vahid internet, Rəqəmsal məktəb, elektron sənədlər və tədrisin tam rəqəmsallaşdırılması.

0
Dünən / 17:00
|
544

Bakıda ağac budaqları binanın üstünə düşdü

Bakının Binəqədi rayonunda ağac budaqları beşmərtəbəli binanın üstünə düşüb, dam örtüyü zədələnib. Sakinlər zəlzələ qorxusu yaşayıb.

0
...
Kiyev zirzəmisində 200 illik gecə | Bond.az