Polşanın BMT-dəki daimi nümayəndəsi Krzysztof Şçerski Bakıda WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi ilə bağlı nazirlər toplantısında çıxış edib.
O, siyasi öhdəliklərin yenilənməsinin vacibliyini vurğulayıb. Şəhərlərin mənzil çatışmazlığı, bərabərsizlik, iqlim dəyişikliyi kimi problemlərlə üzləşdiyini bildirib.
İyulda Nyu-Yorkda keçiriləcək aralıq icmalın irəliləyişləri qiymətləndirmək və boşluqları müəyyənləşdirmək üçün fürsət olduğunu qeyd edib.












