Bond.az White LogoBond.az Black Logo

Kürdəmirdə evi uçan ailə: Oğlum Avropa çempionudur

Kürdəmirdə evi uçan ailənin fəryadı: Avropa çempionu oğlumuzu bu evdə böyütmüşük. RİH-dən açıqlama.

Nigar Hüseynova
Müəllif:Nigar Hüseynova- Senior Editor
|
0

Kürdəmir rayonu Məhsəti Gəncəvi küçəsi, ev 12-də yaşayan Yaşar Əsgərovun evi bir neçə gündür uçub. 50 il əvvəl çiy kərpicdən tikilən ev dörd il öncə qəzalı vəziyyətə düşüb. Nəticədə dörd nəfər ailə üzvü evsiz qalıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən ailə dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, əhəmiyyət verən olmayıb. Hazırda çətin durumda olan ailə kömək istəyir.

Zərərçəkən Şərəf Əsgərova bildirib: "Ev tamamilə qəzalı vəziyyətə düşəndən sonra kirayə qalmalı olduq. 200 manat pulu çətinliklə ödəyirəm. İki övladım var. Oğlumun biri Avropa çempionudur. Onu bu sınıq-sökük evdə əziyyətlə böyütmüşəm. Ev başımıza uçsaydı, necə olacaqdı?!"

Kürdəmir Rayon İcra Hakimiyyəti məlumatlı olduqlarını bildirib. Yaşar Əsgərova məxsus evə RİH və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları baxış keçirib.

Vətəndaşa çatdırılıb ki, icra hakimiyyətinin xərclər smetasında fərdi evlərin təmiri üçün vəsait nəzərdə tutulmadığından evin bərpası səlahiyyətləri xaricindədir. Bununla belə, Kürdəmir RİH evin uçması barədə FHN-ə rəsmi məktub ünvanlayıb. Məktub araşdırıldıqdan sonra ev sahibinə yekun məlumat veriləcək.

Digər Xəbərlər
Bu gün / 03:30
|
980

Xankəndi, Şuşa və digər şəhərlərə köç karvanları yola düşdü

Xankəndi, Şuşa, Cəbrayıl, Xocalı və digər azad edilmiş ərazilərə yeni köç karvanları yola salındı. Böyük Qayıdış davam edir.

0
Bu gün / 03:02
|
587

Oğlunu Şuşaya yola salan ana: Bakıya gələndə beş yaşı var idi

Oğlunu Şuşaya yola salan ana Səyyarə Xanəliyeva: Bakıya gələndə beş yaşı var idi, indi ailəsi ilə qayıdır. Qarabağın azad olunması sevinci.

0
Bu gün / 03:01
|
346

Şuşaya köçən qaynaqçı: Peşəmi davam etdirəcəm

Şuşaya köçən qaynaqçı Zaur Xabəliyev doğma yurda qayıdış sevincini və peşəsini davam etdirmək niyyətini bölüşüb.

0
Bu gün / 01:00
|
457

Azərbaycanda əkin sahələri birləşdiriləcək

Azərbaycanda əkin sahələrinin konsolidasiyası qanun layihəsi ilə tənzimlənir. Torpaq birləşməsi, bölünməsi və kompensasiya mexanizmləri haqqında ətraflı məlumat.

0
Dünən / 20:31
|
522

Bu gün Aşura günüdür

Bu gün Aşura günüdür. Azərbaycanda qanvermə aksiyaları keçirilir. Aksiyanın məqsədi, iştirakçı qurumlar və ünvanlar haqqında məlumat.

0
Dünən / 20:01
|
433

700 ballı ölkə birincisi: Telefonumdan da istifadə etdim

700 bal toplayan ölkə birincisi Burlaxatun Məcidli ilə müsahibə: telefon, sosial həyat və uğurun sirri haqqında.

0
Dünən / 20:00
|
252

Bəzi ərazilərdə işıq olmayacaq

İyunun 25-də Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. Yasamal, Nizami və Biləcəri rayonlarında təmir işləri aparılacaq.

0
Dünən / 18:31
|
506

Novxanı çimərliyində qazılan xəndəklər mübahisəsi

Novxanı çimərliyində avtomobillərin girişini məhdudlaşdıran xəndəklərlə bağlı müzakirələr. Obyekt sahibi təhlükəsizlik məqsədini vurğulayır.

0
Dünən / 18:01
|
759

İmtahanda 7 nəfər maksimum bal topladı

7 iyun imtahanında 7 abituriyent 400 bal toplayıb. I və IV qruplar üzrə maksimum nəticə göstərənlərin siyahısı.

0
Dünən / 16:32
|
445

7 iyun qəbul imtahan nəticələri açıqlandı

7 iyun qəbul imtahan nəticələri açıqlandı. Ən yüksək nəticələr, apellyasiya qaydaları və ətraflı məlumat.

0
Dünən / 16:30
|
752

TƏBİB rəhbəri 3 xəstəxana direktorunu işdən çıxardı

TƏBİB rəhbəri Anar Bayramov üç xəstəxana direktorunu işdən çıxardı. Respublika Neyrocərrahiyyə, Şəki və Şirvan xəstəxanalarının direktorları vəzifədən azad edilib.

0
Dünən / 16:01
|
898

Auditoriya qarşısında qorxuya son: Natiqlik sirləri

Natiqlik üzrə ekspert Səyavuş Hüseynli auditoriya qorxusunu necə məğlub etməyi, səlis nitq və şəxsi brendin formalaşmasının sirlərini açıqlayır.

0
...
Kürdəmirdə evi uçan ailə: Oğlum Avropa çempionudur | Bond.az