Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 14-də magistraturaya qəbul imtahanı keçirəcək. İmtahanda 15 719 bakalavr iştirak edəcək.
İmtahan Bakı, Sumqayıt və Abşeronda 63 binada təşkil olunacaq. Saat 10:00-da başlayacaq imtahana giriş 09:45-də başa çatır.
İmtahan 3 saat 30 dəqiqə davam edəcək. Əvvəlcə test tapşırıqları, sonra esse yazılacaq. Nəticələr 2 mərhələdə açıqlanacaq.
İmtahana mobil telefon, kalkulyator və digər elektron cihazlar gətirmək qadağandır. İştirakçılar iyunun 3-dən etibarən "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.












