Masazır şossesində çirkab sularının duz gölünə axıdıldığı iddia edilir.
Oxu.Az-ın qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, kanalizasiya suları açıq şəkildə gölə yönləndirilir.
Bu hal ətraf mühitə və ekoloji vəziyyətə mənfi təsir göstərir. İsti havalarda kəskin qoxu yaranır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.












