Abşeron rayonunun Masazır qəsəbəsindəki 3 nömrəli tam orta məktəbin fizika müəllimi Aytac Sadıqova dərslərində fərqli bir üsul tətbiq edir.
O, şagirdləri passiv dinləyici olmaqdan çıxarıb, dərsin fəal iştirakçısına çevirir.
Müəllim layihə və təcrübə əsaslı öyrənməyə üstünlük verir. Şagirdlər mövzuları toxunaraq, sınaqdan keçirərək mənimsəyir.
“Bu yolla məlumat yaddaşda daha uzun qalır və öyrənmə prosesi əyləncəli olur. İndi şagirdlər süni intellektlə istədikləri məlumatı tapır, ona görə mühazirə tipi dərslər onları yorur. Şagirdyönümlü dərslər daha effektivdir”, - deyə Aytac Sadıqova bildirib.












