Abşeron rayonu, Masazır kənd sakini Əzizağa İbrahimov Baku TV-yə müraciət edərək yaxınlıqdakı tikinti işlərində ara məsafəsinin gözlənilmədiyini deyir.
“Qonşu evi satıb getdi. Sonra tikintinin başladığını öyrəndik. Aidiyyəti quruma şikayət etdik, ‘baxılacaq’ dedilər”, – o bildirib.
Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, tikinti normaları pozulmayıb: “Tikinti qanunvericiliyə uyğun aparılır, ara məsafəsi qorunur”.
Qeyd edilib ki, torpaq sahəsi Dövlət Reyestrində qeydiyyatdadır.












