Azərbaycan telekanallarının YouTube baxışları üzrə 2026-cı ilin may ayı reytinq cədvəli açıqlanıb.
Birinci yerdə 61 075 813 baxışla Baku TV qərarlaşıb. Bu kanal iki ayrı kanal üzrə fəaliyyət göstərir: Azərbaycan dilində 34 605 192, rus dilində isə 26 470 621 baxış toplanıb.
İkinci pillədə ARB 24 (18 500 093 baxış), üçüncü pillədə isə Xəzər TV (15 787 583 baxış) yer alıb.
Digər yerlər: İctimai TV (14 805 817), AzTV (9 774 387), ATV (8 914 326), ARB (5 697 040), CBC (5 271 640), CBC Sport (3 088 345), Biznes TV (2 638 035), APA TV (2 462 903), Real TV (1 979 065), İdman TV (1 409 107), Space TV (1 327 680), Kanal S (190 989).












