Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşan məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır.
Baku TV-nin qaynar xəttinə müraciət edən ailə 20 ildən artıqdır yararsız vaqonda qalır.
"Yağış yağanda sel evə dolur, ilan-qurbağa girir. Yayda istidən, qışda soyuqdan əziyyət çəkirik", - deyə Gülizar Abdullayeva bildirib.
Dövlət Komitəsindən bildirilib ki, ailənin vəziyyətindən xəbərdardırlar. Yeni mənzillər işğaldan azad edilmiş ərazilərdə veriləcək.
"Bərpa işləri qrafikə uyğun aparılır. Laçının Malıbəy kəndində tikinti bitdikdən sonra ailənin köçürülməsinə baxılacaq", - deyə qurum qeyd edib.












