Məcburi köçkün Elnarə Səlimova Ağdərədə ona verilən evdən narazıdır.
O, Oxu.Az-a bildirib ki, ev əvvəlcə bir yaşayış evi olub, sonra karton arakəsmələrlə bölünüb.
Nəticədə pəncərəsiz, dar otaqlar yaranıb.
Dövlət Komitəsi isə bildirib ki, onun müraciəti əsasında köçürülmə məsələsinə yenidən baxılacaq.
Komitə qeyd edib ki, püşkatmada evdən imtina edənlər növbəti mərhələdə yenidən dəvət oluna bilər.












