2021-ci ilin əvvəlində Abşeron rayonunun Mehdiabad qəsəbəsinin mərkəzində beşmərtəbəli binanın tikintisinə başlanılıb. Sakinlərə mənzil alacaqları təqdirdə təxminən bir il ərzində binaya köçüb yaşayacaqları vəd edilib. Lakin artıq 2026-cı ildir və bina hələ də təhvil verilmədiyindən sakinlər mənzillərinə köçə bilmirlər.
"Bizi sayan yoxdur. Hətta Nadir müəllimin özünə də zəng vururuq. Deyir ki, çox səsinizi çıxarsanız, evi də əlinizdən alıb sizi çölə ataram", - şikayətçilərdən biri Baku TV-yə bildirib.
"Beş ildir bizə bu əziyyəti yaşadırlar. Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar. Pul istəmirik. Çünki beş il əvvəl bu mənzilə 85 min manat vermişəm. İndi həmin məbləğə ev almaq mümkün deyil", - digər şikayətçi deyib.












