Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondunun İdarə Heyətinə yeni sədr müavini təyin olunub.
Nazir Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, bu vəzifəyə Məhərrəm Kazımov gətirilib. O, bundan əvvəl qurumun sədr müşaviri vəzifəsində çalışıb.
Xatırladaq ki, bir neçə ay öncə keçmiş sədr müavini Etibar Əmrahov sədr təyin edilmişdi.












