Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə doktoranturaya qəbul olunanların motivasiyasını şübhə altına alıb.
"Doktoranturaya gələnlərin hamısı doğrudanmı yalnız elmlə məşğul olmaq istəyən şəxslərdir?" sualını verən Abbaszadə bəzi namizədlərin hərbi xidmətdən yayınmaq üçün müraciət etdiyini iddia edib.
O, informatika, xarici dil və məntiqi təfəkkürün yoxlanıldığını, doktoranturaya qəbul üçün B2 səviyyəsində xarici dil tələb olunduğunu bildirib.












