DİM sədri Məleykə Abbaszadə bildirib ki, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər.
Bu barədə o, Trend agentliyi və Baku TV-yə müsahibəsində danışıb.
"Fərqi yoxdur, o, bir il gec ali məktəbə qəbul olundu, yoxsa həmin il. Əsas odur ki, xoşbəxt insan olacaq", - deyə o qeyd edib.
O, həmçinin əlavə edib ki, hər il yüzlərlə uşaq metodiki materiallarla məşğul olaraq qəbul olunur, lakin bu uşaqlar əsasən böyük şəhərlərdən deyil, qəsəbələrdəndir.












