Astarada meşənin içərisində cəmi yeddi ailənin yaşadığı Siyov kəndi var. Bu kəndə piyada və ya atla getmək mümkündür, çünki avtomobil yolu yoxdur.
Kənd sakinləri at və qatırlardan istifadə edir. Yağışlı və qarlı havalarda hərəkət çətinləşir. Elektrik enerjisi üçün Günəş panellərindən istifadə olunur.
"Report" əməkdaşları kənddə olub, videoreportaj hazırlayıb. Oxu.Az təqdim edir.












