Dövlət məktəblərində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, ilkin seçim şəhid ailəsi üzvləri üçün aktivdir.
Qeydiyyatdan keçmiş şəhid ailəsi üzvləri bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Bu mərhələ 22 may saat 11:00-dək davam edəcək.
Sonrakı mərhələdə digər iştirakçılar üçün vakansiya seçimi açılacaq və əlavə məlumat veriləcək.
İştirakçılara seçim zamanı diqqətli olmaları və ərizələrini təsdiqləmələri tövsiyə olunur.












