Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın qaynar xəttinə daxil olan məlumata görə, yük maşını yol kənarındakı beton maneələrə çırpılıb. Avtomobil yararsız hala düşüb.
Baş Dövlət Yol Polisi İdarəsindən fakt təsdiqlənib. Hadisə səhər saat 9 radələrində Muğanlı-İsmayıllı yolunun 8-ci km-də, Şamaxı istiqamətində baş verib.
"Mitsubishi" markalı yük avtomobilini idarə edən Məhəmməd Mübariz oğlu Vahidli idarəetməni itirib. Sürücü xəsarət alıb, hazırda əməliyyatdadır. Ölən yoxdur. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.












