COP29-un prezidenti Muxtar Babayev bildirib ki, təhlükədən 24 saat əvvəl verilən xəbərdarlıq itki və zərərləri 30 faiz azalda bilər.
O, WUF13 çərçivəsindəki tədbirdə erkən xəbərdarlıq sistemlərinin vacibliyini vurğulayıb.
Babayev qeyd edib ki, son onillik tarixdə ən isti dövr olub və şəhərlər iqlim təsirlərinin mərkəzindədir.
Erkən xəbərdarlıq sistemləri insan itkilərini, iqtisadi zərərləri azaldır və kritik infrastrukturu qoruyur.












