Kürdəmir sakini Samid Səmədov paytaxtın Kənar Dairəvi yolunda "Mercedes" markalı avtomobillə manevr qaydalarını pozaraq Ekoloji nəzarət əməkdaşları tərəfindən saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, sənədlərini təqdim etməyən sürücünün sürücülük hüququnun olmadığı müəyyən edilib.
Tibb müayinəsi zamanı Səmədovun narkotik maddə qəbul etdiyi üzə çıxıb. Barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib və o, 17 gün müddətinə inzibati həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik təsiri altında sürücülük edən şəxslərə qarşı sərt tədbirlər görüləcəyini bildirib.












