"Nine Senses Fest 2026" festivalı çərçivəsində ruhani lider Qurudev Şri Şri Ravi Şankarın xüsusi axşam sessiyası keçirilib.
Sessiyanın məqsədi stres və gərginliyin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi dünyada daxili sükut və balansı tapmaqdır.
Qurudev gündəlik həyatda stresi azaltmağın, neqativ enerjini müsbətə çevirməyin yollarından danışıb.
O qeyd edib ki, hər şey vibrasiyadan ibarətdir: "Bizdə enerji var və biz onu yayırıq. Bəziləri pozitiv, bəziləri neqativ enerji yayır. Lakin bizə mənfi enerjini pozitiv etməyi öyrətməyiblər. Uşaqlar eyni anda ağlayıb gülə bilir, böyüklər isə qəmgin olanda aylarla qayıtmaq üçün vaxt aparır."
Problemin həlli meditasiya və yoqadır. Yoqa şüurun nəyə qadir olduğunu araşdırır. Beynimizi indiki zamanda saxlamaq üçün dərinə baxmaq lazımdır. Daxilimizdə bəşəriyyət, məhəbbət var.
Sessiya sonunda Qurudev meditasiya təşkil edib. O, festival rəhbərliyinə təşəkkürünü bildirib. Festival iyunun 12, 13 və 14-də Bakıda keçiriləcək.












