Sosial şəbəkələrdə yayılan videolarda Novxanı çimərliyində bəzi obyekt sahiblərinin xəndəklər qazaraq avtomobillərin girişini məhdudlaşdırdığı iddia edilir.
Baku TV əraziyə baş çəkərək iddiaları araşdırıb.
Obyekt sahibi iddiaları təkzib edərək bildirib ki, bu addım uşaqların təhlükəsizliyi üçün atılıb: "Maşınlarla buraya girib avtoşluq edirlər. Uşaqlar rahat oynasın deyə belə edilib".
Obyekt işçisi əlavə edib: "Vətəndaşlar dincəlir, uşaqları var. Maşınlar daxil olur, təkər qaldırır. Biz məcburuq, təlimat verilib ki, yalnız xüsusi təyinatlı maşınlar (təcili yardım, yanğınsöndürən) girə bilər".












