Türkiyə və Azərbaycan paxlavanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün birgə müraciət edib.
Qərarın noyabrın 30-dan dekabrın 5-dək Çinin Syamen şəhərində keçiriləcək UNESCO iclasında açıqlanacağı gözlənilir.
Namizədlik “baklava” və “pakhlava” adları altında təqdim olunub. Türkiyə rəsmiləri müsbət qərar gözləyir.












