Bond.az White LogoBond.az Black Logo

Prezidentin strateji mesajı: İnnovativ idarəetmə və yerli istehsal zərurətə çevrilir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi strateji mesaj: innovativ idarəetmə və yerli istehsalın gücləndirilməsi zərurəti.

Sevinc İsmayılova
Müəllif:Sevinc İsmayılova- Senior Editor
|
0

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər təkcə kənd təsərrüfatına deyil, ümumilikdə milli təhlükəsizlik məsələsinə strateji mesajdır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Mürvət Həsənli deyib.

O bildirib ki, bu gün dünyada baş verən geosiyasi proseslər göstərdi ki, ərzaq təhlükəsizliyi neft, qaz və hərbi təhlükəsizlik qədər vacibdir:

"Müharibələr, logistika zəncirlərinin qırılması, enerji və gübrə qiymətlərinin artması bir çox ölkələrdə ərzaq böhranı yaratdı. Azərbaycan isə vaxtında atılmış addımlar sayəsində bu riskləri müəyyən qədər idarə edə bildi. Dövlət başçısının fikirlərini tapşırıq kimi qəbul ediriksə, ilk növbədə yerli istehsalın daha da gücləndirilməsi əsas prioritet olmalıdır. Xüsusilə, quşçuluq, heyvandarlıq, taxılçılıq, yem istehsalı və damazlıq bazasının genişləndirilməsi strateji istiqamətlərdir. İdxaldan asılılığın minimuma endirilməsi üçün daxili istehsal zəncirinin tam formalaşdırılması vacibdir. Burada yalnız məhsul istehsalı deyil, yem, vaksin, inkubasiya, logistika və emal infrastrukturu da nəzərdə tutulmalıdır. Eyni zamanda innovativ texnologiyaların tətbiqi sürətləndirilməlidir. Suya qənaət edən ağıllı suvarma sistemləri, rəqəmsal kənd təsərrüfatı, süni intellekt əsaslı idarəetmə, yüksək məhsuldar cinslər və müasir baytarlıq xidmətləri artıq seçim deyil, zərurətdir. Dünyada rəqabətqabiliyyətli olmaq üçün məhsulun maya dəyərini azaltmaq və keyfiyyətini yüksəltmək əsas məsələdir. Azərbaycanın bu istiqamətdə əldə etdiyi mühüm uğurlar var".

M.Həsənli qeyd edib ki, son illərdə quş əti və yumurta istehsalında özünütəminetmə səviyyəsinin yüksəlməsi, müasir aqroparkların yaradılması, dövlət subsidiyaları, fermerlərə verilən dəstək, kənd təsərrüfatında texnika parkının yenilənməsi və ixrac potensialının artması ciddi nəticələrdir:

"Xüsusilə, pandemiya və regional böhranlar dövründə ölkədə ərzaq qıtlığının yaranmaması həyata keçirilən siyasətin uğurunu göstərdi. Bununla yanaşı, qarşımızda ciddi çağırışlar da dayanır. İqlim dəyişiklikləri və su qıtlığı artıq region üçün əsas risklərdən biridir. Yem xammalının bir hissəsinin idxaldan asılı olması maya dəyərinə təsir edir. Dünyada enerji və logistika qiymətlərinin dəyişməsi daxili bazara da təsirsiz ötüşmür. Digər mühüm məsələ isə kənd təsərrüfatında peşəkar kadr hazırlığıdır. Müasir texnologiyanı idarə edə bilən aqronom, baytar və mühəndis resurslarının gücləndirilməsi vacibdir. Bu gün əsas məqsəd yalnız bazarı təmin etmək deyil, dayanıqlı və rəqabətqabiliyyətli ərzaq sistemi qurmaqdır. Prezident İlham Əliyevin müşavirədə verdiyi mesajlar göstərir ki, Azərbaycan bundan sonra da kənd təsərrüfatını strateji sektor kimi inkişaf etdirməyə davam edəcək və ərzaq təhlükəsizliyi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalacaq".

Digər Xəbərlər
Bu gün / 20:01
|
563

"Space" TV-yə yeni bədii rəhbər təyin olundu

"Space" TV-yə yeni bədii rəhbər təyin olundu: Nicat Qafuroğlu bu vəzifəyə gətirilib.

0
Bu gün / 15:00
|
469

Şamaxıda yol problemi: sakinlər şikayətçi

Şamaxı şəhərində Şirvan küçəsində yolun yararsız vəziyyəti sakinləri narahat edir. Asfalt dağılıb, çuxurlar əmələ gəlib. İcra hakimiyyəti təmir işlərini qrafikə uyğun aparacağını bildirib.

0
Bu gün / 14:01
|
604

Görünüş məsafəsi məhdudlaşacaq

Milli Hidrometeorologiya Xidməti sabah üçün hava proqnozunu açıqlayıb: yağıntılı hava səbəbindən görünüş məhdudlaşacaq.

0
Bu gün / 14:00
|
748

Leysandan sonra yollarda son vəziyyət - Video

Leysan yağışlarından sonra zədələnmiş yolların bərpası davam edir. Bakı və 8 rayonda 25 yolda təmir işləri aparılır.

0
Bu gün / 13:32
|
740

Zaqatalada əkin sahəsinə cərəyan verilməsi xəbəri yalan çıxdı

Zaqatala rayonunun Kəpənəkçi kəndində əkin sahəsinə elektrik cərəyanı verilməsi xəbəri yalan çıxdı. Video xarici ölkədə çəkilib.

0
Bu gün / 13:03
|
986

Zaqatalada qəza: Ölən var

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb. Çobankol kəndində "Ford Transit" markalı avtomobil aşıb, sürücü xəstəxanada həyatını itirib.

0
Bu gün / 13:02
|
535

Səbaildə piyada keçidi problemi

Səbail rayonunda piyada keçidi problemi: sakinlər təhlükəsiz yol üçün mübarizə aparır. Yerüstü Nəqliyyat Agentliyindən açıqlama.

0
Bu gün / 09:01
|
911

Eynulla Mədətli: Heydər Əliyev xilaskar missiyanı yerinə yetirdi

Eynulla Mədətli müsahibəsində Heydər Əliyevin Azərbaycanı xilas etməsindən, dövlətçilik fəlsəfəsindən və siyasi irsindən danışır.

0
Bu gün / 08:31
|
588

Bakıda 7 ünvanda parklanma ləğv edildi

Bakıda daha 7 ünvanda parklanma yerləri ləğv edilərək, taksi minib-düşmə yerləri təşkil edildi.

0
Bu gün / 08:30
|
313

Sabah 32 dərəcə isti olacaq - 16.06.2026

Sabah 16 iyun 2026-cı il üçün hava proqnozu: Bakıda 31°, rayonlarda 32° isti, yağış ehtimalı. Milli Hidrometeorologiya Xidmətinin məlumatı.

0
Bu gün / 07:31
|
770

Qarabağ Universitetinin iki fakültəsi Şuşada yerləşəcək

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək. Üç yeni yaşayış kompleksi inşa edilir.

0
Bu gün / 07:30
|
891

Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI

Bakının 6 rayonunda yol təmiri başlayır: Xətai, Nizami, Səbail, Nəsimi, Nərimanov, Yasamal. Küçə siyahısı və təmir planı.

0
...
Prezidentin strateji mesajı: İnnovativ idarəetmə və yerli iste...