Avtomobil işıqlarından düzgün istifadə qəzaların qarşısını almaq üçün vacibdir.
Bəzi hallarda yolsuzluq avtomobillərinə projektor quraşdırmaq mübahisə yaradır.
Qanuna görə, projektordan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat gəlmədikdə istifadə etmək olar.
Yaşayış məntəqələrində isə bu işıqlardan yalnız operativ və xüsusi xidmət avtomobilləri istifadə edə bilər.












