Komitə sədri Bahar Muradova bildirib ki, qadınlar adekvat mənzilə çıxış zamanı daha çox çətinliklərlə qarşılaşırlar.
Bu fikirlər Bakıda keçirilən WUF13 çərçivəsində "Qadınların Dəyirmi Masası"nda səsləndirilib.
Muradova qeyd edib ki, maneələr iqtisadi bərabərsizliklər, patriarxal stereotiplər və sosial müdafiə mexanizmlərinin qeyri-kafiliyi ilə bağlıdır.
O, qadın başçılıqlı ailələr, məcburi köçkün, yaşlı və əlilliyi olan xanımların daha yüksək risk qrupunda olduğunu vurğulayıb.
Komitə sədri əlavə edib ki, gender əsaslı zorakılıq hallarında təhlükəsiz mənzilin olmaması qadınları ağır seçim qarşısında qoyur.
Muradova mənzil siyasətinin yalnız yaşayış sahəsi deyil, insan təhlükəsizliyi məsələsi olduğunu bildirib.












