Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65-ə çatdırılıb. Beləliklə, qadın və kişi pensiya yaşları bərabərləşib.
Xatırladaq ki, kişilər üçün bu hədd 30 iyun 2021-ci ildə tamamlanmışdı.
“Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya yaşı 2017-ci il iyulun 1-dən etibarən hər il 6 ay artırılır. Kişilərdə bu proses 2021-ci il iyulun 1-də, qadınlarda isə 2027-ci il iyulun 1-də başa çatacaq.












