Gülşən Rzayeva bildirib ki, Qarabağda yaşayış məntəqələri "15 dəqiqəlik şəhər" prinsipi əsasında qurulur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Bakıda keçirilən WUF13 forumunda çıxış edib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır.
"Ağıllı şəhərlər" və "ağıllı kəndlər" layihələri, yaşıl enerji zonaları prioritetdir.
Mənzil tikintisi nəqliyyat, təhsil, səhiyyə və sosial xidmətlərlə inteqrasiya olunur.












