Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şaiq Məmmədov Baku TV-yə döyüş yolundan danışıb. O, 1991-ci ildə ordu sıralarına qoşulub.
1992-ci ilin aprelində 239 saylı xüsusi təyinatlı batalyon formalaşdırılıb və ilk döyüş tapşırığı ilə Ağdərə rayonuna ezam olunublar.
Döyüşlərin birində düşmən minaatan mərmisi onun səngərinə düşüb: "Yanımdakı əsgərlər şəhid oldu, mən ağır yaralandım".
2020-ci ildə Vətən müharibəsinə qoşulub və Zəfərə şahidlik edib. Azərbaycan Ordusunun uğurları dünya diqqətindədir: "Təcrübəmiz xarici hərbi dərsliklərə daxil edilib".












