Ölkə ərazisində qeyri-sabit hava şəraiti Qubada ciddi fəsadlara səbəb olub.
Güclü yağışlar Çənlibel gölünün daşmasına səbəb olub. Nügədi kəndi yaxınlığında bir çox ərazi su altında qalıb.
Göl sahilində yerləşən istirahət mərkəzinin bir neçə binası və ətraf ərazi su altında qalıb.
Hazırda fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.












