"Qapqara" verilişinin qonağı Əməkdar mədəniyyət işçisi Rahib Azəri olub.
Atası ilə bağlı xatirələrini bölüşən Azəri deyib: "Atamı itirdiyim gün böyüdüyümü hiss etdim. 33 yaşımda anladım ki, ailənin böyüyü mənəm".
O, müasir televiziyaları tənqid edərək bildirib: "Bəzi aparıcılar nitqində heç bir məna daşımır, tamaşaçını yorur. Verilişə 3-4 qonaq çağırır, amma 80% özü danışır".











