Sosial şəbəkədə dərman reklamları sürətlə artır. Əczaçıların tövsiyələri vətəndaşları həkimə müraciət etmədən dərman qəbul etməyə sövq edir.
Mütəxəssislər xəbərdarlıq edir: həkim məsləhəti olmadan qəbul edilən dərmanlar mədə qanaxması, böyrək çatışmazlığı, hipertoniya və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Səhiyyə Nazirliyindən bildirilib ki, yalnız reseptsiz dərmanların reklamına icazə var. Reseptli dərmanların reklamı qadağandır.
Qeydə alınmayan dərmanların sifarişi qanunsuzdur. Bu məhsulların saxlanma şəraiti nəzarətsizdir.
Antiinhisar Agentliyi bildirir ki, yanlış məlumatlı reklamlar istehlakçını aldadır.
İnzibati Xətalar Məcəlləsinə görə, reklamda həkim məsləhəti qeyd olunmazsa, cərimə 300-500 manat (fiziki) və 1000-2000 manat (hüquqi) tətbiq olunur.












