Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov qəfil dünyasını dəyişib.
Bu barədə mərkəzin "X" sosial şəbəkə hesabında paylaşım edilib. Məlumata görə, Muradov İstanbulda vəfat edib.
"O, sevdiyi işlə - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Türkiyədəki mühüm beynəlxalq konfransda iştirakının təşkili ilə məşğul idi. Rövşən mərkəzin təsisçilərindən biri idi və fəaliyyətə başladığı ilk gündən baş katib vəzifəsini tuturdu", - deyə paylaşımda qeyd edilib.












