Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Gəncə Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək qaz kəsiləcək.
Fasilə Goranboy rayonunun Hazırəhmədli kəndi və Samux rayonunun Qarayeri qəsəbəsini əhatə edəcək.












