Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 44 ünvanında fəaliyyət göstərən gecə klubunun səs-küyü sakinləri üsyan etdirib. Yerli sakinlər Baku TV-yə bildiriblər ki, klub açılandan bəri ərazidə asayiş pozulur.
Bir sakin deyir: "Təxminən iki aydır bu klub açılıb. Gecə saat 12-dən səhər 6-7-yə kimi səs-küy olur, yatmaq mümkün deyil. Dəfələrlə xəbərdarlıq etsək də, məhəl qoymadılar."
Polis müdaxilə edib. DİN-dən bildirilib: "Şikayət əsasında polis tədbir görüb. İcarədar barəsində inzibati protokol tərtib olunub. Təkrar halda daha ciddi tədbirlər görüləcək."












