Şamaxı şəhərində Şirvan küçəsinin sakinləri yolun yararsız vəziyyətinə görə şikayət edirlər. Onlar Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
100-dən çox ailənin yaşadığı küçədə asfalt örtüyü dağılıb, dərin çuxurlar əmələ gəlib. Bu, nəqliyyatın hərəkətini çətinləşdirir və avtomobillərə zərər vurur.
Sakinlər deyir: "Bu yoldan keçəndə çətinlik çəkirik. Maşında nasazlıqlar yaranır, qazandığımızı ustalara veririk."
Başqa bir sakin qeyd edir: "Küçədən çoxtonnajlı maşınlar keçir, evlər silkələnir. Dəfələrlə qəza olub."
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, dövlət proqramına əsasən küçələrin asfaltlanması mərhələli şəkildə davam edir. Şirvan küçəsində də işlər qrafikə uyğun aparılacaq.












