Bakı Musiqi Kollecinə yeni direktor təyin edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən, Səbinə Mehdiyeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
O, 2021-ci ildən Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb. Səbinə Mehdiyeva respublika və beynəlxalq müsabiqələrin laureatı, elmi məqalə və dərs vəsaitlərinin həmmüəllifidir.












