Bond.az White LogoBond.az Black Logo

Şəhid ailələrinə yararsız ət: vəzifəliyə töhmət

Cəlilabadda şəhid ailələrinə yararsız qurban əti göndərilməsi ilə bağlı vəzifəli şəxsə töhmət verildi. Fizuli Cəfərov hadisəni şərh etdi.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
|
0

Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb.

Oxu.Az-ın məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərova töhmət verilib.

Xatırladaq ki, hadisə Qurban bayramı günlərində qeydə alınmışdı. Cəlilabad Rayon İcra Hakimiyyəti şəhid ailələrindən birinə çatdırılan qurban payındakı ətin istehlaka yararsız vəziyyətdə olduğunu təsdiqləmişdi.

Faktı Oxu.Az-a açıqlamasında Fizuli Cəfərov təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib: "Belə bir hadisə olub. Cəlilabad rayonunda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam".

Digər Xəbərlər
Bu gün / 12:02
|
206

Bakıda külək nə vaxt sakitləşəcək?

Bakıda və Abşeronda əsən güclü küləyin nə vaxt sakitləşəcəyi barədə məlumat. Hava proqnozu və xəbərdarlıqlar.

0
Bu gün / 12:01
|
617

Sabah Goranboy və Samuxda qaz kəsiləcək

Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Hazırəhmədli və Qarayeri sakinlərinə xəbərdarlıq.

0
Bu gün / 11:33
|
720

Dostluq tankeri Türkmənistana təhvil verildi

Azərbaycan Türkmənistana 'Dostluq' tankeri hədiyyə etdi. Tankerin texniki xüsusiyyətləri və Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti haqqında məlumat.

0
Bu gün / 11:31
|
745

Bakıda 1 qəpiyə yumurta: keyfiyyətsiz iddiası yalanlanıb

Bakıda 1 qəpiyə satılan yumurtaların keyfiyyətsiz olduğu iddiası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təkzib edilib.

0
Bu gün / 11:00
|
901

Bakıda 402 nəfər məktəblərə işə qəbul edildi

2025-2026-cı tədris ilində Bakı məktəblərində 402 nəfər işə qəbul edilib: psixoloqlar, laborantlar, kitabxanaçılar və direktorlar.

0
Bu gün / 09:32
|
534

Müəllim maaşlarına artım – sertifikasiya uğurlularına

Dövlət məktəblərində 4 453 müəllim sertifikasiyaya dəvət olunub, uğur qazananların maaşı artacaq.

0
Bu gün / 09:02
|
518

Bakıda 32° isti, dağlarda yağış gözlənilir

Sabah Bakıda 32 dərəcə isti olacaq, dağlıq rayonlarda yağış gözlənilir. Hava şəraiti haqqında ətraflı məlumat Bond.az-da.

0
Bu gün / 09:01
|
625

89 nəfərin Şükürbəyli həsrəti sona çatır

Böyük Qayıdış proqramı ilə 89 nəfər Şükürbəyli kəndinə köçürülür. 20 ailə Cəbrayılda yeni həyata başlayır.

0
2026-06-19 12:31
|
644

Bakıda 67 saziş imzalanıb - 6 milyard dollar

Bakıda İslam İnkişaf Bankının 51-ci illik toplantısında 6 milyard dollarlıq 67 saziş imzalandı.

0
2026-06-19 12:30
|
976

Hövsanda avtobusla Changan toqquşdu: xəsarət yox

Hövsanda sərnişin avtobusu ilə Changan toqquşmasında xəsarət alan olmayıb. Polis araşdırma aparır.

0
2026-06-19 11:30
|
786

Üç gün güclü külək əsəcək

Azərbaycanda iyunun 20-22-dək güclü külək əsəcək. Sarı və narıncı xəbərdarlıq verilib, küləyin sürəti 28.4 m/san-dək çatacaq.

0
2026-06-19 11:00
|
732

Ağdam qəzasında yaralıların vəziyyəti açıqlandı

Ağdam qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti qənaətbəxşdir, müalicələri davam edir.

0
...
Şəhid ailələrinə yararsız ət: vəzifəliyə töhmət | Bond.az