Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həcc ziyarətində olan zəvvarların vəziyyəti barədə danışıb.
O, jurnalistlərə açıqlamasında bildirib ki, bütün zəvvarlar sağ-salamatdır və ziyarətlərini uğurla davam etdirirlər.
Paşazadə qeyd edib ki, bu il ciddi sağlamlıq problemi yaşanmayıb, yalnız xırda narahatlıqlar olub.
Şeyxülislam həmçinin Mina, Ərafat və digər müqəddəs məkanlarda ziyarətlərin davam etdiyini vurğulayıb.
O, hər il olduğu kimi bu il də ulu öndər və şəhidlərin ruhuna ehsan veriləcəyini bildirib.












